Bakıda 64 yaşlı kişi evində öldürüldü - Foto

5,143 oxunub

Nərimanov rayonu Faiq Yusifov 9 küçəsində qətl hadisəsi baş verib.

ARB TV xəbər verir ki, hadisə sözü gedən küçədə yerləşən 2 mərtəbəli binanın 2-ci mərtəbəsi mənzil 9 da qeydə alınıb.

Sakinlər son günlər mənzildə yaşayan 64 yaşlı Firudin Hüseynovun görmədikləri üçün onun telefonuna zəng ediblər. Ondan bir xəbər almadıqda isə sakinlər hüquq mühafizə orqanı əməkdaşlarına məlumat veriblər. Hadisə yerinə baxış keçirən hüquq mühafizə orqanı əməkdaşları mənzilin qapısnı sındıraraq içəri daxil olublar. Bu zaman mərhumun meyidini aşkar edən polislər onun başından küt alətlə vurularaq öldürüldüyünün şahidi olublar.

Binada isintintaq zamanı qətldən öncə binanın dəhlizinin işıqlandıran elektrik naqillərinin öncədən kəsildiyi məlum olub. Sakinlərin sözlərinə görə qətlə yetirilən mərhum evdə tək yaşayıb və subay olub. Onun məişət avadanlıqlarının evdə təmiri ilə məşğul olduğu bildirilir.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir. Qətlin tamah məqsədi ilə həyata keçirildiyi güman edilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az


.
XƏBƏRLƏR 10-04-2026
09-04-2026
20:12 Hakan Fidan: Türkiyə ABŞ və İran arasındakı atəşkəsi alqışlayır
20:09 Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
19:10 Media: İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
19:03 WUF13: Avtomobillərin hərəkətinin monitorinq ediləcəyi istiqamətlər məlum olub
19:01 Azərbaycanın İrana humanitar yardımların çatdırılmasındakı rolu Quterreşin nümayəndəsinin diqqətinə çatdırılıb
18:56 XİN: İran atəşkəsin pozulmasına cavab vermək üzrə idi, Pakistan araya girdi
18:31 Rusiya XİN: Moskva razılaşmaların Livana da aid olduğuna inanır
18:18 Putin sovet xalqının soyqırımını inkar etməyə görə cinayət məsuliyyəti haqqında qanunu imzalayıb
18:15 Rəsmi Tehran: Hörmüz boğazı ABŞ gəmiləri üçün də açıqdır, amma İranın razılığı alınmalıdır
18:09 İranın tələbi: Şərtlərimiz qəbul edilməsə, döyüş əməliyyatlarını intensivliklə bərpa edəcəyik
18:03 AK Partiya sözçüsü: İstanbulda İsrail konsulluğu qarşısında atışma Türkiyəyə mesaj idi
18:01 IDF: Hizbullahla əlaqəli qrupun yüksək rütbəli komandiri məhv edilib
17:38 Cəlal Qasımov: "Kapital bazarı məhduddur və özəl emitentlərin sayı azdır"
17:31 Zelenski ABŞ-ın Vitse-prezidentinin “bir neçə kilometr üçün alver” sözlərinə cavab verib 
17:23 Spiker: Azərbaycan, Türkiyə və ŞKTC parlamentlərinin üçtərəfli formatı ortaq maraqlara xidmət edir
Təqvim