Bakıda bıçaqlanma hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Zakir Abasəli oğlu Salahov aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1965-ci il təvəllüdlü Naib Hamlet oğlu Abdullayevin baş nahiyəsinə bıçaqla xəsarət yetirib.

N. Abdullayev ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
.