Bakıda intihara cəhd olub.
APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, 7-ci mikrorayonda qeydə alınb. Həmin ünvanda yaşayan, 1970-ci il təvəllüdlü Gülarə Məlikova yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Nəticədə ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda yaşayış evi yanıb.
Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 80 yaşlı İmdad Mehdi oğlu Mehdiyevin yaşadığı evdə baş verən yanğın nəticəsində o yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
.
