Bakıda intihar hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Ceyhun Məmməd oğlu Həşimov yaşadığı evin həyətində yerləşən emalatxanada özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
.