Bakıda intihar hadisəsi baş verib.
 
Pirallahı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Dübəndi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Oleq Hüseynov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
.