Havanın temperaturu Bakıda 41, Naxçıvanda 42, aran rayonlarında 43 dərəcəyə çatıb.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, avqustun 11-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da 42 dərəcəyədək, aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda isə 34 dərəcəyədək yüksəlib.

.