Ötən gün Bakıda 3 qadın döyülüb.
Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə paytaxtın iki rayonunda qeydə alınıb.
Binəqədi rayonunda, Binəqədi yolu döngə 2 ünvanında yaşayan 73 yaşlı M.X. və 49 yaşlı M.F. möhkəm döyülüb. Hadisə saat 08 radələrində qeydə
alınıb. Döyülən yaşlı qadını vəziyyəti nisbətən ağırdır.
Digər hadisə isə saat 11:15-də Xətai rayonunda baş verib. Gəncə prospektində yaşayan 25 yaşlı K.M. döyülüb. Onun burnu sınıb. Qadın xəstəxanaya
yerləşdirilib.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
.