Bakıda 27 yaşlı oğlan bıçaqlanıb. Lent.az-ın məlumatına görə, S.Cəfərov küçəsi 9A-nın qarşısında Rüstəmov Yadigar Arif oğlu kəsilmiş deşilmiş xəsarətlərlə "Azərsutikinti" xəstəxanasına gətirilib.
Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Rüstəmovu bıçaqlayan 1992-ci il təvəllüdlü Elşən Bəndəliyev tutulub.
Araşdırma aparılır.
.
