Bakıda intihar hadisəsi baş verib. 

Bizimyol.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Sabunçu rayonu Şuşa şəhərciyində qeydə alınıb.

Kəlbəcər rayonundan məcburi köçkün olan, 1994-cü il təvəllüdlü Mahmud Əsgər oğlu Əsgərov yaşadığı evdə özünün asaraq intihar edib.

M. Əsgərov intihar etməzdən əvvəl məktub yazıb. O, məktubunda sağalmaz xəstəliyə düçar olduğuna görə bu addımı atdığını qeyd edib.
.