Bakıda gənc oğlan ölümcül bıçaqlanıb.
Milli.az xəbər verir ki, dünən Xətai rayonu ərazisindən 20 yaşlı Elmin İsmayılov çoxsaylı xəsarətlərlə xəstəxanaya gətirilib. Bədəninin müxtəlif yerlərində bıçaq xəsarətləri olan E.İsmayılovun kim tərəfindən bıçaqlanması bilinmir. Polisə deyib ki, gecə saatlarında onu metronun "Əhmədli” stansiyasının yaxınlığında tanımadığı şəxslər bıçaqlayıblar.
Hazırda Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi tərəfindən araşdırma aparılır.

.