Bakı şəhərində 20 yaşlı gənc məktəbli qızı öldürüb.
Paytaxtın Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bəhruz Nuriyev küçəsi, 81 ünvanında qeydə alınıb.
Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.
Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində İ.Hüseynov tutulub.
Polisdən həmçinin bildirilib ki, A.Babayeva Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub (APA).

.