Bakıda civə satmaq istəyən şəxs tutulub.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Asif Alıyev 2 kiloqram ağ civəni metronun "Koroğlu" stansiyası yaxınlığında 5 min ABŞ dollarına satarkən tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.

.