Bakının Səbail rayonu ərazisindəki yaşayış binasında yanğın baş verib.
Yenizaman.az-ın məlumatına görə, Fikrət Əmirov küçəsi 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın başlayıb. Yanğının binanın 4-cü mərtəbəsindən başladığı bildirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidmətinin əməkdaşları yanğını söndürməyə çalışırlar.
.