Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) orta məktəb şagirdinin bıçaqlanması faktına münasibət bildirib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arzu Tairquliyeva APA-ya açıqlamasında bildirib ki, bıçaqlanma hadisəsi məktəbdən kənarda baş verib: "Dərsə gələrkən sinif yoldaşları arasında dava düşüb. Nəticədə məktəbli sinif yoldaşını bıçaqlayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
.