Dekabrın sonlarında itkin düşmüş 2 yaşlı Məhəmmədin iki gün əvvəl tapıldığı barədə  məlumat vermişdik.

Yenizaman.az əldə etdiyi məlumata görə, oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev təhlükəsizlik məqsədilə ailəsinə deyil, paytaxtdakı uşaq sığınacağına təhvil verilib.

Eyni zamanda, ailənin əqli məhdudiyyətli övladı da ötən həftə “Ümid Yeri” uşaq sığınacağına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, yanvarın 8-də Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

 

.