Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb.
Hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir.
Yaralananlardan 4 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti hazırda ağırdır və reanimasiyadadır.
Yaralıların olduğu bütün xəstəxanalara Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb olunub.
Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

***


Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, hadisə nəticəsində ölənlər 3-cü kurs tələbələridir:

"Fizika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibovdur. Yaralıların bəziləri Bakıya, bəziləri isə Sumqayıtda xəstəxanya yerləşdirilib. Onların ad, soyadlarını dəqiqləşdiririk. Amma hadisə zamanı avtobusda olan tələbələrdən heç bir xəsarət almayanlar da var ki, onlar hazırda universitetdədirlər”.

Mətbuat xidmətindən o da bildirilib ki, avtobusdakı sərnişinlərin hamısı universitet tələbələri olsa da, avtobus universitetin servis xidməti deyil:

"Həmin avtobus Bakı-Sumqayıt istiqamətində hərəkət edən marşturlardan biridir. Sadəcə tələbələrimiz əvvəldən həmin avtobus sürücüsü ilə razılaşıb. Tələbələr eyni vaxtda dərsə gəldiyinə görə avtobusdakıların hamısı tələbələrimiz olub”.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb:

"Təcili yardım hadisə yerinə çatana qədər 3 nəfər həyatını itirib. 5 nəfər isə 1 saylı Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti ağırdır”

***

Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.

***

Publika.az-ın hadisə yerinə olan müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin İbrahim Quliyev, soyadı hələlik məlum olmayan İbrahim adlı iki tələbəsi həyatını itirib. 5 nəfərin isə xəsarət aldığı bildirilir.

***

Trend-in hadisə yerində olan müxbirini verdiyi məlumata görə, hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, yaralılar var.. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Hazırda qəza səbəbindən həmin yolda tixac yaranıb.

***

BakiPost.az xəbər verir ki, Masazır dairəsindəki körpünün üstündə "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Məlumata görə, hadisə nəticəsində bir-neçə sərnişin həyatını itirib, xeyli yaralı var.

Hadisə şahidlərinin göndərdiyi videonu təqdim edirik:



.