
Bakı-Sumqayıt yolunda maşın piyadanı vurub.
Hadisə yolun Xırdalan ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı "Renault" markalı avtomobil, piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolu keçməyə çalışan 1947-ci il təvəllüdlü Süleymanov Məhəmmədi vurub.
Nəticədə, piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
.