Bakı sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.

İyulun 17-də Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin və Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları Bakı Dəmiryolu Vağzalında əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş Maştağa qəsəbə sakini, 1970-ci il təvəllüdlü Elşən Şamil oğlu Ağayevdən 1 kiloqram 100 qram narkotik vasitə olan heroin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
.