Bakı sakini özünü asıb. "Report"un xəbərinə görə, hadisə dünən Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 28 yaşlı Elvin Hacıyev yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
.
