Bakı-Quba magistral yolunda ən azı 10 maşının iştirakı ilə iki zəncirvari qəza baş verib.

 

Lent.az-ın Report-a istinadən xəbərinə görə, "Mercedes", KİA, "VAZ-2107" və "Opel" markalı maşınların iştirakı ilə qeydə alınan qəzaların birində 4, digərində 5 maşın toqquşub.

 

Hadisələr nəticəsində ölən və yaralanan olmasa da, maşınlara ciddi ziyan dəyib.

 

Əraziyə YPX əməkdaşları cəlb olunub.

 

.