Bakının Binəqədi rayonunda ana və iki övladı itkin düşüb.

Bu barədə vesti.az-a Binəqədi Rayon Polis İdarəsindən bildiriblər.
Avqust ayının 15-də saat 15 radələrində 1971-ci il təvəllüdlü Esmira Əmirxan qızı Abbasova, qızı Nərmin (1993-cü il təvəllüdlü) və oğlu İbrahim (2004-cü il təvəllüdlü) ilə evdən gedib və bir daha geri dönməyib.
Üç gün sonra polisə onların itkin düşmələri haqqında ərizə daxil olub. Hazırda əməliyyatçılar onların axtarışı ilə məşğuldur.
.