Bu gün saat 10:40-da Bakı-Moskva aviareysi üzrə uçmalı olan təyyarədə bomba olması barədə məlumat doğru deyil.
Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, sərnişinlərdən birinin vəziyyəti pisləşdikdən sonra o, uçmaqdan imtina edib. Prosedura uyğun olaraq bütün sərnişinlər, həmçinin baqaj yenidən yoxlanışdan keçib.

***




Bu gün saat 10:40-da yerinə yetirilməsi planlaşdırılan Bakı-Moskva aviareysininn təxirə salınmasının səbəbi təyyarədəki baqajların birində bomba olması ilə bağlı sərnişinlərdən birinin xəbərdarlıq etməsi ilə bağlıdır. Bu barədə "Report"a Heydər Əliyev Hava Limanındakı növbətçi polis əməkdaşları məlumat verib.

Məlumata görə, Moldova vətəndaşı olan xanım Anjela Girvik adlı sərnişin bu xəbəri digər sərnişinlər və təyyarənin şəxsi heyəti arasında yayıb.
Qeyd edək ki, həmin şəxs artıq hava limanındakı polis bölməsinə aparılıb və dindirilir.
Xatırladaq ki, bu gün saat 10:40-da Bakıdan Moskvaya uçmalı olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus "Airbus-320" təyyarəsində gecikmə olub.
.