Bu gün səhər saatlarında Bakı Metropolitenində problem yaranıb. Qatarın qapıları bağlanmadığı üçün depoya göndərilib.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında hadisəni təsdiqləyib və bildirib ki, nazaslıq Həzi Aslanov –İçərişəhər xəttində 3 saylı marşrut üzrə hərəkət edən qatarda saat 08:33-də baş verib:
"Qatarın birinci vaqonunun ikinci qapısı bağlanmayıb və sərnişinlər təxliyyə olunub. Qatar isə depoya göndərilib. Təcili nasazlıq yaranan qatarın yerinı ehtiyat qatar xəttə buraxılıb. Qatarda yaranan nasazlıq ümumi qrafikə təsir etməyib".
.