
Metronun Elmlər Akademiyası stansiyasında sərnişinlər arasında insident yaşanıb.
Teleqraf.com-a daxil olan məlumata görə, eskalatorla hərəkət edən sərnişinlər arasında yaşanan mübahisə əlbəyaxa dava ilə nəticələnib. Nəticədə eskalatordakı lampalar sınıb, hərəkət dayanıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparılır.
.