Bakı metropolitenində hazırkı gedişhaqqı rentabelli deyil.
Bunu ANSPRESS-ə Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, hazırda metropolitendə gedişhaqqı 20 qəpikdir.
"Hazırda sərnişinlərin daşınması üçün çəkilən xərc indiki gedişhaqqından azı 2 dəfə çoxdur. Lakin gedişhaqqının artırılması məsələsinə Tarif Şurası baxır. Gediş haqlarının artımı üçün Metropoliten tərəfindən Tarif Şurasına müraciət olmayıb”, - deyə N.Paşayev bildirib.
Qeyd edək ki, ötən gün şəhərətrafı və qəsəbələrarası marşrutda gediş haqlarında artım olub. Sosial şəbəkələrdə isə yaxın günlərdə metropolitendə də gediş haqlarının artacağı barədə söz-söhbət yayılıb. Hətta bəzi fikirlərə görə, "28 May” stansiyası yeni təmirdən çıxdıqdan sonra metroda gedişhaqqı 30 qəpik olacaq.
.