
Bakı Metropolitenin Tikinti Departamentində işçilər öz hesablarına 6 aylıq məzuniyyətə göndərilib.
Metropoliten Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev modern.az-a açıqlamasında bildirib ki, metropolitendə kütləvi ixtisarlar yoxdur.
O qeyd edib ki, bəzi işçilər məzuniyyətə göndərilib: "Tikinti işlərində iş azaldıqca işçilərin məzuniyyətə göndərilməsi normal haldır. Çünki, onları saxlamaq olmur. Hətta biz tikintidə çalışan işçilərin bir çoxunu başqa işlə də təmin etmişik və qalanların da işlə təmin etmək üçün çalışırıq”
.