Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 484 731 şagird təhsil alacaq.
Bu barədə BŞTİ-dən bildirilib.
Qeyd olunub ki, qurumun tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 46 200, IX sinfində 37 987, X sinfində 26 898, XI sinfində 25 551, XII sinfində 168 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 35 722 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 320 beşyaşlının cəlb olunacağı gözlənilir.
2022-2023-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 739 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 299 tərbiyəçi-müəllim çalışacaq.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb və 340 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
.