Dənizdə 23 yaşlı gənc batıb.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Səbail rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 900 metr aralı, nəzarətsiz ərazidə) 1993-cü il təvəllüdlü Mustafayev Məhəmməd Əşrəf oğlunun suda batması haqqında məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, M.Mustafayevin cəsədini sudan taparaq çıxarıb və aidiyyəti üzrə təhvil verib.
.