Hər il Bakı çimərlikləri Azərbaycan büdcəsindən 5 milyon manat yayındırır.
Bunu "Эхо” qəzetinə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Ekspertin sözlərinə görə, hazırda Bakıda fəaliyyət göstərən çimərliklərin 95%-i qanuni əsaslarla işləmir: "Onlar kassa aparatlarından istifadə etmir və əksər hallarda ödənişlər qeydiyyata alınmır. Vətəndaşlara heç bir qəbz, ya sənəd verilmir”.
Ekspert bildirib ki, təmsil etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzinin hesablamalarına görə, məhz bunun nəticəsidir ki, hər il dövlət büdcəsinə 5 milyon manat daxil olmur.
.