Ötən ilin dekabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,4 mln. ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, daha əvvəlki ilin eyni ayına nisbətdə 4% azdır.
Ötən il ərzində isə bu kəmərlə 29,7 mln. ton neft ötürülüb ki, bu da 2012-ci ildəkindən 0,1% çoxdur.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu ilin yanvarın 1-ə qədər BTC-yə 235,3 mln. ton neft vurulub.
.
