Dünən axşam saat 22.10-da yola düşən Bakı-Ağstafada qatarında qəza baş verib.
Sərnişinlərin, Kürdəmirin Sığırlı stansiyasında elektrik dirəyi qatarın 6-cı vaqonunun üstünə aşıb. Gecə saat 3-də baş verən hadisə nəticəsində qatarın 6-cı vaqounu sıradan çıxıb. Sərnişinlər arasında xəsarət alanların olduğu bildirilir.
Qəza nəticəsində qatarın hərəkəti səhər saat 8-ə qədər dayandırılıb. Bu müddət ərzində sərnişinlər vaqonlardan kənara buraxılmadığından sərnişinlər arasında narazılıq yaranıb.
Mənzil başına gecikmə ilə çatan sərnişinlərin bir çoxu növbəti stansiyada qatardan düşərək başqa nəqliyyat vasitəsi seçiblər. /AzNews.az/
.
