Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olunub.

Bu barədə "Report"a məhkəmədən məlumat verilib.

Bildirilib ki, bu vəzifəyə həmin məhkəmənin hakimi Zeynal Ağayev təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev dekabrın 7-də vəfat edib.

Z.Ağayev 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışır.

.