İqlim problemləri fonunda ən böyük çətinliklər kiçik dövlətlərin üzərinə düşür.
Bunu Baham adalarının Baş naziri Filip Davis noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, dövlətlər iqlim dəyişikliyinə qarşı birgə mübarizə aparmalıdırlar:
“İqlim dəyişikliyi ilə əlaqədar qasırğalar, quraqlıqlar və daşqınlar baş verir, çətinliklər göz qabağındadır. Bu bizim qarşımızda ciddi öhdəliklər qoyur. Böyük fəlakətləri önləmək mümkündür. Biz öz irsimizi qoruyub saxlamaq istəyiriksə, daha çox çalışmalıyıq. Milli səviyyədə müəyyən edilən töhfələr sənədinin hazırlanmasını sürətləndirmək lazımdır. Çünki bu sənəd hazır olduqda, beynəlxalq birliyin üzərinə konkret öhdəliklər düşəcək.
Bu gun qlobal temperaturun 1,5 dərəcədən çox artmasına imkan verilməməsini vacib hesab edirik. Əks halda, bu prosesin qarşısını ala bilməyəcəyik. Biz bu istiqamətdə əlimizdən gələni əsirgəməliyik. Həmçinin ədalətsizlik nəticəsində də müəyyən problemlər yaranır. Təbii sərvətlərin zənginliyinə baxmayaraq, iqlim problemlərinin həlli üçün maliyyə vəsaiti çatışmır. Bu səbəbdən, bizim üçün itkilər və zərərlər fondunun yaradılması vacibdir”.
.