
İraqın paytaxtı Bağdadın şərqində silahlı və maskalılar 20 nəfəri qaçırıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyindən bildirilib.
Qaçırılanların 18-i Türkiyə şirkətində işləyən fəhlə və mühəndislərdir. Onlar Bağdadın Sədr rayonunda idman kompleksi tikirmiş.
Qeyd edək ki, ötən il İraqın Mosul şəhərində İŞİD Türkiyənin 46 vətəndaşını qaçırmışdı. Onların azad edilməsi prosesi 3 ay sürdü.
.