
Yenizaman.az ın - "RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, partlayışlar nəticəsində azı 100 nəfər yaralanıb,33 nəfər ölüb.
Məlumata görə, partlayışların hamısı şiələrin kompakt yaşadığı rayonda törədilib.
Qeyd edək ki, BMT-nin Bağdaddakı missiyasının ötən həftə yaydığı bəyanatda oktyabr ayı ərzində İraqda törədilmiş terror aktları nəticəsində 1200 nəfərdən çox insanın öldüyü qeyd olunub.
Bəyanata əsasən, ölkənin ən təhlükəli şəhəri paytaxt Bağdad hesab olunur. BMT nümayəndələri Bağdadda ay ərzində 379 dinc sakinin ölüm faktını qeydə alıblar.
.