İraq paytaxtı Bağdadda törədilən iki partlayış nəticəsində azı 26 nəfər ölüb, xeyli sayda yaralı var.

Yenizaman.az TASS-a istinadən xəbər verir ki, məlumatı İraqın Daxili İşlər Nazirliyi yayıb.

Partlayışlardan birini terrorçu-kamikadzenin törətdiyi bildirilib.

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.
.