
Türkiyəli ifaçı Ayla Çelik Bakıya gələcək.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, "Bağdad” mahnısı ilə məşhurlaşan müğənni paytaxdımıza 106.3 FM-in dəvəti ilə gəlir.
Ayla Çelikin gəlişinin səbəbi "İlin mahnısı” müsabiqəsi çərçivəsində "Milli dalğa” mükafatına layiq görülməsidir.
Müğənni sabah axşam Bakıda olacaq, dekabrın 30-da isə Kazım Sübhanın verilişinə qatılacaq.