Bakının Bülbülə qəsəbəsində baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub. ANS TV-xəbər verir ki, Suraxanı rayonu Bülbülə qəsəbə sakini Emin Teymur oğlu Cəfərov onunla eyni məhəllədə yaşayan İsmət İslam oğlu Qəmbərovu qısqanclıq zəminində bıçaqlayıb.
 
31-ci Polis Bölməsi əməkdaşlarının yaxaladığı Emin Cəfərov bildirib ki, altı aydır ki, məhəllədə İsmətin onun bacısı ilə əl-ələ gəzməsi barədə söz-söhbətlər gəzir. Söz-söhbətlərə son qoymaq istəyən Emin İsmətlə münasibətlərinə aydınlıq gətirmək qərarına gəlib. Dostların söhbəti mübahisəyə, mübahisə isə əlbəyaxa döyüşə keçib. Sinə nahiyəsindən yaralanan İsmətin al-qana boyandığını görəndə Emin ona kömək etmək qərarına gəlib, onu xəstəxanaya aparıb.

Emin Səfərov İsmət Qəmbərovu bıçaqlamasından peşman olduğunu qeyd edib.
 
Faktla  əlaqədar Suraxanı Rayon Polis idarəsində araşdırma gedir.
 
*****
 
6 iyun 
 
Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bülbülə qəsəbəsində 1994-cü il təvəllüdlü Qəhrəmanov Qismət İslam oğlu döş qəfəsinin sol nahiyəssinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
 
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 22 yaşlı oğlanın həmyaşıdı Cəfərov Emin Teymur oğlu tərəfindən bıçaqlanması müəyyən edilib və o tutulub.
 
Araşdırmalar davam etdirilir.
.