“Artıq dörd gündür Ağdam-Əsgəran-Xankəndi yolundayıq, danışıqlar davam edir”.
Bunu Ağdam-Əsgəran-Xankəndi yolunda olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş katibi Ceyhun Mirzəyev deyib.
O bildirib ki, hazırda müvafiq cavab gözləyirlər: “Hər hansı bir nəticə olan zaman məlumatı açıqlayacağıq. Gətirdiyimiz ərzaq yüklərini Xankəndidəki erməni sakinlərə çatdırılana qədər burada qalacağıq”.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 4-cü gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır. İçərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.
AzQAC nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
.