Hərənin özünə görə sayğacı var

Millət «Azərsu» deyib dad döyür. Əvvəllər vergi müfəttişlərindən bu qədər narazılıq vardı, yanğından mühafizə müfəttişləri bu qədər hoqqa çıxarırdı, qaz pulu yığanlar bu qədər qəzəblə əhalinin canına daraşmışdılar. Amma insafən, həmin o ,,əvvəllər,, deyilən zamanlarda Azərsu haqqında kimsənin nəsə yadına düşməzdi. Görünür, «Azərsu» da elə buna görə qəzəbləndi. Necə yəni? Bu boyda İdarə olasan, amma heç kim sənin haqqında danışmaya?

Və başlandı!..

Əvvəllər mənzillərdə su sayğacları olmazdı, adamlar su pulunu təqribi tariflərə görə ödəyirdi. Amma sonra sayğaclar quraşdırdılar.
Mənzillərə yeni quraşdırılmış su sayğacları kartlarına ödəmələr zamanı vətəndaşlardan artıq pul almağa başladılar.
Hətta ödəmə çekində belə hesablamalar dəqiq olmur və o, istehlakçının ziyanına xeyli "yuvarlaqlaşdırılır”.
Su pulunun ödəmə məntəqələrində isə əməlli başlı müharibə ovqatı olur həmişə. Burada artıq pul ödəməyə məcbur edilən insanların xırda əsəb savaşı gedir.
Amma su pulunu ödətdirənlərin müharibəsu də çox böyük olur.

3-cə yüz milyon manat

"Azərsu” ASC ölkənin bütün yaşayış məntəqələrində əhalinin içməli su ilə təmin olunmasına məsul qurumdur. Sadəcə, bir içim su ! Amma çox iri yeyintilər !
Asiya İnkşaf Bankı kredit ayırır, "Azərsu” ASC su təchizatı və kanalizasiya sistemlərini yenidən qurmaq öhdəliyi götürüb. Ortaq şirkətlər də yaradılıb. Hətta Almaniya ilə birlikdə. Yəni hər şey dəqiq və xətasız olmalıdır kimi. Birgə müəssisənin mox gurultulu adı da var.
"T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG” şirkəti!
Bankın ayırdığı vəsait bir istiqamət üzrə 300 milyon dollardır.
Adı bu qədər gurultulu olan şirkətin rəhbəri də arxalı yerlərə bağlıdır. Xəyal Aslanzadə (!) adlı şirkət rəhbəri Azərsu rəhbəri Qorxmaz Hüseynovun yaxın adamlarındandır. O qədər yaxın ki, şirkətin elə Qorxmaz Hüseynovun özünə məxsus olduğunu söyləmək olar.
Bir istiqamət Beyləqan əməliyyatıdır. Burada layihə üzrə bütün nominasiyalar üzrə korrupsiya və qiymət şişirtmələri var. Amma bununla kifayətlənmirlər. Fəhlə və ustaların maaşını da kəsirlər. Məsələn, 460 manat yazıb 390 manat verirlər.
Bu, sadəcə bir istiqamətdir. Beyləqan maxinasiyaları istiqaməti. Burada onlarla milyon manat vəsait yeyilib və üstündən Azərsu içilib.

1-cə milyon manat

Başqa bir istiqamət qohum dələduzluğudur. Qorxmaz Hüseynovun yaxın qohumlarının bütün şəcərəsi artıq ölkə mətbuatına yerli-yataqlı bəllidir.
Bakının mərkəzindəki Su-Kanal İdarəsinin rəisi Anar Nəzərəliyevdən tutmuş, tutulmamışlara qədər.
Tutulmamışlar deyəndə, məsələn, Ağdam və Bərdə Su-Kanal İdarələrinin rəislərinə qədər.
(Şahmar Rzayev və Vilayət Zamanov).
Bu tutulmamışlar əhalini içməli su ilə öz qaydaları üzrə təmin etməkdədirlər. Onlar əhaliyə su satırlar. Bir maşın su 30 manata.
Bundan ötrü Su-Kanal İdarəsi adlanmağın hansı anlam verdiyini heç kim bilməz.
Və oralarda xırda yeyintilər haqqında söhbətlər gedir. Məsələn, 1-cə milyon manat.
Daha böyük yeyintilərin harada maddiləşdiyini isə Bakı maklerləri bilir. Doöurdan da, «Azərsu» hara, Bakı maklerləri hara!
Amma Bakı maklerləri Azərbaycanın bütün mafiozlarının sirrlərini bilirlər. Çünki Bakı Azərbaycanın paytaxtıdır.
.