Yenizaman.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə yazıb. O, çox həyəcanlı olduğunu bildirib:
"Mənim üçün böyük gün. Elə bil, ilk dəfədir səhnəyə çıxıram. 5 illik fasiləyə görə bütün hisslərim qarışıqdır. Başda ailəm olmaqla yanımdakılara, yaradıcı heyətim - menecerim Murada, qardaşıma, stilistim Burçinə, saç ustam Ənvərə, köməkçim Özləmə, dərzim Büləntə, klipimin rejissoru Həsənə minnətdaram. Nə yaxşı ki, varsınız. Allahıma şükür, hər zaman yanımda olan sizin kimi dostlarım var”.
Günel eyni zamanda bir gün əvvəl səhhətində problem yarandığını və xəstəxanalıq olduğunu da vurğulayıb:
"Təzyiqim düşdü, həkimlər qaldırdılar. Neçə gündür ağır işləyirik. Onun nəticəsində belə oldum”.
.