Lider mobil operator Azərbaycandan Ukrayna istiqamətində edilən zəngləri martın 2-nə qədər pulsuz təqdim edəcək 

Ukraynada hərbi vəziyyətlə əlaqədar “Azercell Telekom” MMC hazırda orda olan Azərbaycan vətəndaşları, həmçinin vətəndaşlarımızın bu ölkədə yaşayan doğmaları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə 27 fevral-2 mart 2022-ci il tarixləri arasında Azərbaycandan Ukrayna istiqamətində edilən telefon zənglərini bütün Azercell abunəçiləri üçün ödənişsiz təqdim edəcək. 

Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının alınması məqsədilə mobil operator öz abunəçilərdən qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.

Xatırladaq ki, Azercell daha öncə Ukraynada olan abunəçilərinin balansına 50 azn həcmində vəsait yükləmişdir. 

.