Üçüncü və dördüncü zəvvar təyyarələrindəki zəvvarlar Məkkə şəhərinə çatıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
“Dünən Azərbaycandan yola düşən üçüncü və dördüncü zəvvar təyyarələri gecə saatlarında Məkkəyə çatıb. Hazırda əməlləri tamamlamaq üzrədirlər. Sonra ərəfə gününədək sərbəst olacaqlar”,- Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, beşinci zəvvar təyyarəsi artıq yola çıxıb.
Altıncı zəvvar təyyarəsi isə axşam saatlarında yola çıxacaq.
