Bu gün Həcc ziyarətindən gələn azərbaycanlı zəvvarların ilk qrupu Vətənə çatıblar.

Шlk reys Mədinə Beynəlxalq Hava Limanından yola düşüb və Heydər Əliyev Beynəlxalq Hava Limanına çatıb. İlk reysdə 180 zəvvar geri dönüb.

Qeyd edək ki, bu gün ikinci reys Bakı vaxtı ilə 19:30-da yola düşəcək və 22:50-də Bakıya çatacaq. Həmin reysdə də 180 zəvvar geri dönəcək. İyulun 20-də də təyyarələr eyni saatlarda yola düşəcək. İlk reysdə 180, ikinci reysdə isə 130 zəvvar geri dönəcək.

Xatırladaq ki, pandemiyadan sonra bu il ilk dəfə azərbaycanlı zəvvarlar iyunun 29, 30, iyulun 1 və 2-də Həcc ziyarətinə gediblər. Ümumilikdə 680 zəvvarın ziyarəti təşkil olunub. Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanım, ən yaşlısı isə 1957-ci il təvəllüdlü kişidir.

.