Qanunvericilikdə dəyişikliklər nəzərdə tutulur.
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən 2015-ci ildə uşaqların internet təhlükəsizliyi üzrə "Ağ siyahı”nın ("white list”) hazırlanması nəzərdə tutulur.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, "ağ siyahı”ya uşaqların maraq dairəsini əhatə edən, faydalı məzmuna malik veb saytlar daxil ediləcək.
Eyni zamanda, uşaqlar üçün zərərli (porno saytlar və sair – red.) hesab olunacaq məzmunda veb saytların əngəllənməsi üçün qanunvericilikdə dəyişikliklər ediləcək..