Məşhur rus kinosu "Şam ağacları 5" komediya filminin qapalı təqdimatı olub.

Axşam.az-ın sxarici KİV-ə istinadən məlumatına görə, film Yeni İl bayramına həsr olunub. Filmin açıq təqdimatı dekabrın 22-si Moskvada baş tutacaq.

Bir neçə novelladan ibarət olan "Şam ağacları 5" komediya filminin üzərində ən məşhur rejissorlar Timur Bekmambetov, Aleksandr Kott, Vadim Perelman, İndar Cendubayev və Andrey Şavkero çalışıb.

Əvvəlki 4 seriyada olduğu kimi, komediya filminin 5-ci hissəsində də tamaşaçılar sevimli qəhrəmanlarının etdikləri gülməli hərəkətləri, başlarına gələcək oyunları və sonda hər şeyin istədikləri kimi nəticələnəcəyini izləyəcəklər.

Bu seriyada filmin qəhrəmanlarından biri Sankt-Peterburqda yaşayan azərbaycanlı aktyor İmran Çələbidir. O, filmdə İvan Urqantın oğlunu canlandırır.







 .