
İŞİD-ə qatılmaq bəhanəsi ilə 1.500 dollar oğurlayıb qaçan Ehtiram Eldar oğlu İslamov adlı şəxs itkin düşüb.
Ötən gün eşidənləri təəccübləndirən hadisə yaşanıb.
Belə ki, Azərbaycandan İstanbula gedərək İŞİD-ə qatılmaq istədiyini bildirən Ehtiram İslamov adlı həmin şəxs İŞİD-ə yaxın olan bir qrup azərbaycanlı ilə əlaqə qurub. Maddi problemləri olduğunu bildirən şəxsə 1.500 dollar yardım edilib. Bir müddət sonra İslamov Ehtiram 11 nəfər olduqlarını söyləyərək daha çox pul istəyib. İŞİD üzvləri hadisədən duyuq düşəndən sonra fırıldaqçı öz izini itirib.
Hadisə ilə bağlı istintaq davam edir.//atvxeber
.