
Məlumata görə, sənətçi verilişlərin birində açıqlamasında mühafizəçi ilə gəzməsinə aydınlıq gətirib:
"Cangüdən tanınmış müğənninin yanında olmalıdır. Bizi sevən də, sevməyən də var. Heç birimiz həyatda sığortalanmamışıq. Düzdür, bu, o demək deyil ki, basqından qorunuram. Kimsə mənə yox, mən özüm kiməsə basqın edərəm”.
Axşam.az xəbər verir ki, "Türkiyədə ev almısınız?” sualına isə Vasif belə cavab verib:
"Bu, yalan xəbərdir, təzəlikcə Türkiyədən ev almamışam. Bir vaxtlar İstanbulda mənzilim var idi, amma indi satmışam, yoxdur”.