
Yenizaman.az xəbər verir ki, "qafqazinfo”ya açıqlamasında müğənni Aysel Əlizadəağıllı və yaraşıqlı bir şəxslə ailə qurmaq istədiyini bildirib:
"Ailə quracağım şəxs mənim sənətimi qəbul etməlidir. Ürəyimcə olan, sevə biləcəyim şəxs olmalıdır. Evlənəcəyim şəxsin görünüşü də mənim üçün çox önəmlidir, əsasən mənə yaraşmalıdır. Lakin görünüşü olub, ağlı olmayan kişi mənə lazım deyil. Hər bir xanım kimi mənim də xəyalımda sevə biləcəyim kişinin obrazını canlandırmışam”.
Gənc ifaçı yeni mahnı üzərində də işlədiyini qeyd edib:
"Yeni proyekt üzərində işləyirəm. Musiqisi Tərlan Məmmədhüseynov, sözləri Azər Şirinə aid olan "Tez gəl” mahnısını tezliklə tamaşaçılara təqdim edəcəm. İnşallah, mahnı sevilsə, gələcəkdə klip də çəkdirəcəm”.
.