Rusiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamı Hikmət Salayevi diri-diri basdırıblar.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bir qrup şəxs Salayevi oğurlayaraq ondan 30 milyon rubl (891 min manat) tələb ediblər. Oğrular onun öz biznes şərikləri olub.
Oğrular Salayevin tələb olunan pulu ödəyə bilməyəcəyini anladıqdan sonra onu telefonu ilə birlikdə Lyubertskiy rayon qəbirstanlığında diri-diri torpağa basdırıblar. Salayev dərhal qardaşı İsmayıla zəng edərək ondan kömək istəyib. Qardaşı onun yerini öyrənmək üçün oğrulara 1.2 milyon rubl (35000 manat) və BMW-535 markalı avtomobilini verib.
İsmayıl onu qəbirdən çıxardıqdan sonra dərhal xəstəxanaya çatdırıb. Məlumata görə, onun qabırğası da sındırılıb.
